xəbərlər

Polis Akademiyasının kursantları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

12.10.2023

27 sentyabr “Anım” günü və 08 noyabr “Zəfər” günü münasibətilə Polis Akademiyasının müvafiq Tədbirlər Planına əsasən əyani fakültə üzrə I kurs kursantları “Hərbi Qənimətlər” parkını ziyarət edərək 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən müxtəlif  hərbi texnikalarla tanış olublar.

Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə qurulan parkda kursantlar Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyatlara, həmçinin düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqlarına baxış keçiriblər.

Hərbi Qənimətlər Parkı gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edir. Bu park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.


 
 

Geriyə | Çap versiyası