xəbərlər

Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam edir

11.10.2023

Tədris bazasının səviyyəsi və verilən təhsilin keyfiyyətinə görə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında xüsusi yeri olan Polis Akademiyasında təhsil almaq arzusunda olan ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” tədbirləri davam edir.

11 oktyabr 2023-cü il tarixində Bakı şəhəri A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyasının X və XI sinif şagirdləri Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.

Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları, kursant yeməkxanası və yataqxanalarla tanış ediliblər. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Sonda qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.
 
 
 
 

Geriyə | Çap versiyası