xəbərlər

Polis Akademiyasının kursantı İtaliyada Dünya Çempionu olub

01.11.2023

DİN-in Polis Akademiyasının kursantı Emil Nağıyev İtaliyanın Karrada şəhərində kunq-funun WTKA versiyası üzrə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
80 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Polşa və Ukraynadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. O, həlledici döyüşdə italiyalı idmançı ilə üz-üzə gəlib. Rəqibini məğlub edən E. Nağıyev dünya çempionu olub.
 
 
 
Geriyə | Çap versiyası