xəbərlər

Polis Akademiyasında “sərbəst güləş” idman növü üzrə müxtəlif çəki dərəcələrində Akademiya birinciliyi keçirilib

23.11.2023

 23 noyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında "Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq kursantların döyüş hazırlığının artırılması və Akademiyanın sərbəst güləşdən ibarət yığma komandasının müəyyən edilməsi  məqsədilə əyani təhsil alan kursantlar arasında “sərbəst güləş” idman növü üzrə müxtəlif çəki dərəcələrində Akademiya birinciliyi keçirilib.

Tədbirə V kursdan 5 çəki (61 kq, 67 kq, 74 kq, 82 kq, 97 kq) dərəcəsində ümumi 58 iştirakçı qatılıb. Yarışın təşkil edilib keçirilməsi və baş hakimliyi güləş üzrə beynəlxalq dərəcəli hakim, Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş-leytenantı Tural Əliyevə və Azərbaycan Güləş fedarasiyasından dəvət olunmuş Beynəlxalq dərəcəli hakimlər - Xəyal Əliyev və Mahir Əliyev tərəfindən həyata keçirilib.

Nəticədə II kurs kursantı  Mustafayev Yusif 61 kq, I kurs kursantı Əhmədov Ramil  67 kq, III kurs kursantı Məmmədov Əkbər 74 kq, IV kurs kursantları Yusifzadə Samir 82 kq və Bəşirzadə Azər 92 kq çəki dərəcələrində müvafiq olaraq I yerə layiq görülüblər. Komanda hesabında isə III kurs 1-ci yerə, IV kurs 2-ci yerə, I kurs 3-cü yerə layiq görülüb.
Tədbirin sonunda qalib kursantlar rəhbərlik tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
 
 
 

Geriyə | Çap versiyası