xəbərlər

Hörmətli Əbdüləli Abdullayev, 85 illik yubileyiniz mübarək!

25.11.2023

25 noyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında 1984-1986-cı illərdə Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi olmuş istefada olan daxili xidmət polkovniki Əbdüləli Abdullayevin 85 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Polis Akademiyasının rəhbərliyi və şəxsi heyəti iştirak edib. Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov sabiq rəisə Cənab nazirin salamlarını çatdırıb. Bundan sonra Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəhbərliyi və şəxsi heyəti adından istefada olan daxili xidmət polkovniki Əbdüləli Abdullayevi 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib və ən xoş arzularını bildirib. Sabiq rəhbərin fəaliyyəti dövründə gördüyü işlərdən və xoş xatirələrdən söz açılıb.

Daha sonra istefada olan daxili xidmət polkovniki Əbdüləli Abdullayev Azərbaycan Respublikası Daxili İşlər Nazirinin imzaladığı əmrə əsasən Azərbaycan Polisinin 100 illiyi (1918-2018) Yubiley medalı ilə təltif edilib və ona qiymətli hədiyyələr təqdim olunub.

 
 

Geriyə | Çap versiyası