xəbərlər

Polis Akademiyasının kursantı DİN-in silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionatında 2-ci yerin qalibi olub

25.11.2023

24-25 noyabr 2023-cü il tarixlərində DİN-in İdman Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş DİN-in silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionatı keçirilib.
Ümumilikdə 86 idmançının iştirak etdiyi yarışda Polis Akademiyasını Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis kapitanı Natiq Eminovun hazırladığı III kurs kursantı Rəsul Rzayev 88 kq və IV kurs kursantı Temuraz Məmmədov 80 kq çəki dərəcəsində təmsil ediblər.

Rəqibləri üzərində qələbə qazanaraq Final mərhələsinə yüksələn kursant Rəsul Rzayev yarışın nəticələrinə əsasən II yerə layiq görülüb.

Yarışın sonunda yer tutmuş idmançılar DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Sərdar Səfərov, DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovnik-leytenantı Mövlud Mirəliyev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahatdinova və Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev tərəfindən diplom, medal və idman geyimi ilə təltif olunublar.

Geriyə | Çap versiyası