xəbərlər

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir

29.11.2023

 Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı təbliğat xarakterli silsilə tədbirlərin davamı olaraq 2023-cü ilin keçən dövrü ərzində respublikamızın Abşeron, Sumqayıt, Qobustan, Gəncə, Tovuz, Şəmkir, Qazax, Göygöl, Ağdam, Füzuli, Balakən, Qax, Şəki,  Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Sabirabad, Saatlı, Salyan, Şirvan, Kürdəmir, Hacıqabul, Göyçay, Cəlilabad, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Gədəbəy, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Zərdab, Beyləqan, Ucar, Samux, Mingəçevir, Ağstafa,  Ağcəbədi və Goranboy rayonlarındakı məktəb müəllimləri və      IX-X-XI sinif şagirdləri ilə bir sıra görüşlər keçirilib. Keçirilən görüşlərdə DİN-in Polis Akademiyasının əməkdaşları ilə yanaşı müvafiq rayon polis şöbə və bölmələrinin məsul əməkdaşları da iştirak ediblər.

 Ən ucqar kəndlərdə belə təhsil alan şagirdlərlə görüşən Polis Akademiyasının əməkdaşları görüş iştirakçıları ilə Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, eləcə də yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparıblar. Daha sonra ali təhsil almaq arzusunda olan məktəblilərə 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən təlim-tədris prosesi, xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri və Akademiyaya qəbul qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılara Akademiyanın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib və lifletlər paylanılıb.
Görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.
 
 
 
 

Geriyə | Çap versiyası