xəbərlər

Məktəblilərin Polis Akademiyasına olan marağı günü-gündən artır

29.11.2023

Tədris bazasının səviyyəsi və verilən təhsilin keyfiyyətinə görə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında xüsusi yeri olan Polis Akademiyasında təhsil almaq arzusunda olan ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” tədbirləri davam etdirilir.

29 noyabr 2023-cü il tarixində Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.

Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları, kriminalistik şəhərcik və kitabxana ilə tanış ediliblər. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib və Polis Akademiyasının 100 illiyinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.


 
 
 

Geriyə | Çap versiyası