xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Voronej institutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik seminarda iştirak edib

30.11.2023

30 noyabr 2023-cü il tarixində Rusiya Federasiyası DİN-in Voronej institutunun təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların hüquqları və qanuni maraqlarının cinayət-prosessual müdafiəsi” mövzusunda videokonfrans formatında beynəlxalq      elmi-praktik seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Rusiya DİN-in Voronej institutunun Beynəlxalq əməkdaşlıq məsələləri üzə köməkçisi, polis polkovniki, dosent Rodin Serqey Vladimiroviç qonaqları salamlayaraq seminarın keçirilməsinin məqsədindən və əhəmiyyətindən söz açıb.    
Rusiya DİN-in Voronej İnstitutunun, P.P.Semenov-Tyan-Şanski adına Lipeçk dövlət pedaqoji universitetinin, Rusiya DİN-in İstintaq Komitəsinin, habelə xarici ölkələrin xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşlarının iştirak etdiyi seminarda Polis Akademiyasını “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev təmsil edərək “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi əsasında yetkinlik yaşına çatmayan şəxslərin dindirilməsinin bəzi xüsusiyətləri”  mövzusunda məruzə ilə çıxış edib.

Bütün çıxışlar dinlənildikdən sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Geriyə | Çap versiyası