xəbərlər

Hüquq sahəsi üzrə keçirilən intellektual yarışda birincilik qazanaraq fərqə imza atan DİN-in Polis Akademiyasının kursantları mükafatlandırıldı

27.12.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 28 dekabr “Vəkil günü” ilə əlaqədar 27 dekabr 2023-cü il tarixində Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib.

Tədbirdə Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilmiş hüquq sahəsində keçirilən "Dəmir yumruq" intellektual müsabiqəsində qalib olan Polis Akademiyasının kursantları mükafatlandırılıblar.

Tədbirdə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov ilk öncə qarşıdan gələn “Vəkil günü” münasibətilə bütün vəkilləri təbrik edib və onlara fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda Vəkillər Kollegiyasının təşkilatçılığı ilə respublikamızda ilk dəfə hüquq sahəsi üzrə belə bir yarışın keçirildiyini və bir çox hüquqşünaslıq ixtisası üzrə təhsil verən ali təhsil müəssisələri arasında Polis Akademiyasının qalib olduğundan qürur hissi duyduğunu vurğulayıb. Akademiya rəisi hüquq sahəsində ən yüksək bilik və bacarıqlara sahib olan kursantlarımızı təbrik edib və yarışda iştirak edən bütün tələbə və kursantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. C.Daanov həmçinin bildirib ki, Polis Akademiyasının bu nailiyyəti Akademiyada müasir və yüksək inkişaf tendensiyasına malik təhsildən xəbər verir.
 
 
 
 

Geriyə | Çap versiyası