xəbərlər

Polis Akademiyası məktəblilərin marağında

27.12.2023

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.

27 dekabr 2023-cü il tarixində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonaqları Bakı şəhəri Nizami rayonu 10 və 129 saylı tam orta məktəblərin  IX və X sinif şagirdləri olublar.

Qonaqlar tədris korpusları, idman zalları, Polis Əməkdaşlarının İdman Nailiyyətləri guşəsi və elektron kitabxana ilə tanış ediliblər. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Sonda qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.
 
 
 
 

Geriyə | Çap versiyası