xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat turniri keçirilib

26.12.2023

26 dekabr 2023-cü il tarixində Polis Akademiyasının Heydər Əliyev mərkəzində “Heydər Əliyev  İli”nə həsr olunmuş şahmat turniri keçirilib.
Kursantların xüsusi fiziki və döyüş hazırlığının artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışa 5 kursdan 21 iştirakçı qatılıb.
Yarışın təşkil edilib keçirilməsi Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı Tural Əliyev, hakimlik isə Azərbaycan Şahmat Federasiyasından dəvət olunmuş hakimlər Şəms Əliyeva və Cavid Səmədov tərəfindən həyata keçirilib.
Yarışın nəticələrinə əsasən 3-cü kurs kursantları Əli Əliyev 1-ci yerə, Hacıəli Əhədzadə 2-ci yerə və 5-ci kurs kursantı Əli Məhərrəmov 3-cü yerə layiq görülüb.
Tədbirin sonunda qalib kursantlar Akademiya rəhbərliyi adından Fiziki hazırlıq kafedrasının rəisi, polis polkovniki İlham Hüseynov və Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun müdirü Gündüz Vəliyev tərəfindən diplom və medallarla təltif ediliblər.
 
 
 
 

Geriyə | Çap versiyası