xəbərlər

Polis Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

30.12.2023

30 dekabr 2023-cü il tarixində Polis Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirə başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib  və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
İlk olaraq Polis Akademiyası rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovnik-leytenantı Əfqan İmanov tədbir iştirakçılarını salamlayıb və dəyişən heyəti Akademiya rəhbərliyi adından qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib. Rəis müavini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyevin dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdiyini,  Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyasının Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladığını vurğulayıb.

Daha sonra Əfqan İmanov Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilmiş hüquq sahəsində keçirilən "Dəmir yumruq" intellektual müsabiqəsində yüksək nəticə göstərərək qalib olan kursantlara sertifikatlar təqdim edib. Eyni zamanda rəis müavini bütün təhsilalanlara  təhsil və təlim prosesində uğurlar arzulayıb, dövlətimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı onlara tövsiyə edib.

Akademiyanın daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı söhbətlər aparıblar.
Həmçinin Akademiya ərazisində yerləşdirilən monitorlarda daimi və dəyişən heyət tərəfindən izlənilməsi üçün ilk dəfə Ümummilli lider Heydər Əliyevin, hazırda isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə dair qurultaylardan bəhs edən videoçarxlar nümayiş olunub.






Geriyə | Çap versiyası