xəbərlər

Polis Akademiyasının kursantı ölkə çempionatında bürünc medala layiq görülüb

29.12.2023

27-28 dekabr 2023-cü il tarixlərində Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş taekvando idman növü üzrə Azərbaycan çempionatı keçirilib.

160 nəfər idmançının iştirak etdiyi yarışda Polis Akademiyasını II kurs kursantı Nihad Həsənov təmsil edib. Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı Hikmət Alışovun yetirməsi Nihad Həsənov böyük yaş kateqoriyasından olan idmançılar arasında  80 kq çəki dərəcəsində öz qüvvəsini sınayaraq ölkə çempionatında bürünc medala layiq görülüb və milli komandanın tərkibinə dəvət alaraq böyük bir uğura addım atıb.
 
 

Geriyə | Çap versiyası