xəbərlər

DİN-in Polis Akademiyasında İxtisasartırma və təkmilləşdirmə fakültəsində növbəti Andiçmə mərasimi keçirilib

17.01.2024

17 yanvar 2024-cü il tarixində DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun iştirakı ilə İxtisasartırma və təkmilləşdirmə fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan Akademiya rəisi dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik edib, təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri biliklərin xidməti fəaliyyətlərində tətbiq edərək uğurlar əldə etməyi və hər birinə daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə edib.

Çıxışında təhsildə aparılan yeni innovativ metodlara toxunan C.Daanov bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Məzunlar adından çıxış edən polis leytenantı Əlizadə Rəşad təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirib. Həmçinin Əlizadə Rəşad Polis Akademiyasında keçirilən “İlkin hazırlıq” kursu müddətində göstərdiyi nizam-intizama, eləcə də məqbul və imtahanda əldə etdiyi yüksək nailiyyətlərinə görə Akademiya rəisi tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Sonda “İlkin hazırlıq” kursunu müvəffəqiyyətlə bitirdikləri üçün bütün əməkdaşlara Sertifikatlar təqdim olunub.




Geriyə | Çap versiyası