xəbərlər

DİN-in Polis Akademiyasında 28 may “Müstəqillik Günü”nə həsr olunmuş Mini futbol üzrə yarışa start verilib

19.04.2024

DİN-in Polis Akademiyasının daimi və dəyişən heyəti arasında idmana olan həvəsin artırılması və futbol üzrə Akademiyanın yığma komandasının müəyyənləşdirilməsi məqsədilə keçirilən 28 may “Müstəqillik Günü”nə həsr olunmuş Mini futbol yarışına start verilib. Turnirin keçirilməsi üçün 14 komandadan ibarət 4 qrup müəyyən edilib.
16 aprel - 28 may tarixləri arasında Akademiyanın idman meydançasında keçirilməsi nəzərdə tutulan qrup oyunlarının final mərhələsi “Müstəqillik Günü” ərəfəsində baş tutacaqdır.


Geriyə | Çap versiyası