xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Rostov Hüquq İnstitutu tərəfindən keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

03.05.2024

3 may 2024-cü il tarixində Rusiya Federasiyası DİN-in Rostov Hüquq İnstitutunda “Kriminalistika: nəzəriyyə və təcrübənin aktual məsələləri” mövzusunda videokonfrans rejimində beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Rusiya Federasiyası DİN-in bir sıra ali təhsil müəssisələrinin professor - müəllim heyəti, elmi işçiləri, həmçinin xarici dövlətlərin təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər.

Konfransda DİN-in Polis Akademiyasını Kriminalistika kafedrasının baş müəllimi, polis polkovniki Ələkbər Allahverdiyev təmsil edərək “İstintaq təcrübəsində ibtidai araşdırmanın təşkili və planlaşdırılmasının bəzi xüsusiyyətləri” mövzusunda çıxış edib.

Tədbirdə həmçinin, Rusiya Fedrasiyası DİN-in Rostov Hüquq İnstitutunun Kriminalistika və əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, hüquq elmləri doktoru, professor V.A.Varazdatoviçin “Müasir rus kriminalistikasının inkişafındakı meyllər və problemlər”, Belarus Respublikası DİN-in  Akademiyasının Kriminalistika kafedrasının rəisi, hüquq elmləri namizədi, dosent R.R.Mixayloviçin “Kibercinayətkarların şəxsiyyətinin bəzi xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib.

Konfransın gedişində müasir kriminalistik texnologiyalardan istifadə etməklə cinayətlərin araşdırılması istiqamətində beynəlxalq praktikanın mənimsənilməsi, qarşılıqlı ötürülməsi və gələcəkdə də davam etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə baş tutub.

Geriyə | Çap versiyası