xəbərlər

Hörmətli Rəsul Rəsulov, 85 illik yubileyiniz mübarək!

09.05.2024

09 may 2024-cü il tarixində DİN-in Polis Akademiyasında 1987-2005-ci illərdə     DİN-in Polis Akademiyasının rəisi olmuş təqaüddə olan general-mayor Rəsul Rəsulovun 85 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Polis Akademiyasının rəhbərliyi və şəxsi heyəti iştirak edib. Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov sabiq rəisi Akademiya rəhbərliyi və şəxsi heyəti adından 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib və ən xoş arzularını bildirib. Rəsul Rəsulovun rəhbər olduğu dövrdə gördüyü işlərdən və xoş xatirələrdən söz açılıb.
Görüşün sonunda Rəsul Rəsulova xatirə hədiyyələri təqdim olunub.

 

Geriyə | Çap versiyası