İxtisasartırma fakültəsi

Respublikada aparılan hüquqi və sosial islahatlar, beynəlxalq birliyə sıx inteqrasiya, demokratikləşmə, habelə idarəetmə mexanizminin və təhsil sisteminin təkmilləşdirilməsi prosesinə Polis Akademiyası da özünün töhfəsini verməkdədir; bu tədris ocağında daxili işlər orqanları üçün idarəçilik və təşkilatçılıq üzrə yüksək ixtisaslı kadrların hazırlanması, eləcə də müasir tələblərə cavab verən kadr ehtiyatının yaradılması həyata keçirilir. Akdemiyada mövcud fakültə və kafedralar məhz zamanın nəbzini tutmağı bacaran savadlı, səriştəli, dərin erudisiyaya sahib, müasir dünyagörüşlü hüquq-mühafizə orqanları işçilərinin yetişdirilməsində aparıcı müəssisədir.
Polis Akademiyasının “İxtisasartırma” fakültəsində hal-hazırda fakültə rəisi, 2 baş inspektor və 1 operator olmaqla 4 əməkdaş xidmət edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 5 dekabr 2001-ci il tarixli 470 nömrəli əmri ilə DİN-in Polis Akademiyasında “DİO-da idarəetmənin təşkili” və “İxtisasartırma” fakültələri yaradılmışdır.
“DİO-da idarəetmənin təşkili” fakültəsinin mahiyyəti və qarşısında duran mühüm vəzifələr nəzərə alınaraq, həmin dövrdə fakültənin rəisi, eyni zamanda Akademiyanın rəis müavini statusuna malik idi.
İdarəçilik və təşkilatçılıq üzrə yüksək ixtisaslı kadrların hazırlanması üçün “DİO-da idarəetmənin təşkili” fakültəsinə qəbul əyani tədris formasında iki illik müddətə planlaşdırılmışdır. Bu məqsədlə Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasının və digər dövlətlərin ali təhsil müəssisələrinin bu sahədəki tədris planları əldə edilərək, zəruri təhlillər aparılmış və 23 fənnin tədrisini özündə əks etdirən tədris planı hazırlanaraq, təsdiq olunmuşdur. Həmin dövrdə Respublikada bu istiqamətdə təhsil aparılmadığından, qeyd olunan fənlər üzrə Azərbaycan dilində vəsaitlərin hazırlanması professor-müəllim heyətinin qarşısında bir vəzifə kimi qoyulmuş və xüsusi tədbirlər planı hazırlanaraq icrasına başlanılmışdır.  
Bunun nəticəsi olaraq fakültədə tədris olunan bütün fənlər üzrə fənn proqramları nəşr etdirilmiş və təhsil alanların istifadəsi üçün hər bir fənn üzrə mühazirələr toplusu tərtib olunaraq istifadəyə verilmişdir. Bununla yanaşı qrupda tədris olunan 16 fəndən hər birinə aid 30 ədəd olmaqla 480 ədəd mühazirələr toplusu nəşr olunub və fənlərin didaktik təminatının yüksəldilməsi məqsədilə Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasından 131 adda 191 ədəd dərslik və dərs vəsaiti alınaraq kitabxana fonduna daxil edilmişdir.
Sonradan daxili işlər orqanları üçün idarəetmənin təşkili üzrə mütəxəssislərin hazırlanması və rəhbər kadr ehtiyatının yaradılması işinin intensivləşdirilməsi məqsədilə DİN-in 14 fevral 2003-cü il tarixli 75 nömrəli əmri ilə təhsil müddəti 1 il müəyyənləşdirildi. Həmin ildən 2018-ci ilədək fakültəyə qəbul həyata keçirilmişdir.
Fəaliyyətdə olan fakültələr üzrə təkrarçılığın qarşısının alınması, idarəçiliyin daha çevik həyata keçirilməsi, mobil rəhbərliyin əldə olunması, eyni zamanda hər iki istiqamət üzrə təhsilalanların praktiki fəaliyyətlə məşğul olmaları nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 18.03.2008-ci il tarixli 160 nömrəli əmri ilə “DİO-da idarəetmənin təşkili” və “İxtisasartırma” fakültələri ləğv edilərək, “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsi yaradılmışdır.
DİN-in 07 sentyabr 2019-cu il tarixli Ə716-001-19 nömrəli təşkilati ştat məsələlərinə dair əmrinə əsasən “DİO-da idarəetmənin təşkili” üzrə tədris kursu ləğv edilmiş və adı dəyişdirilərək yenidən “İxtisasartırma” fakültəsi adlandırılmışdır.
Ərazi polis orqanlarında idarəçilik qabiliyyətinə malik əməkdaşların hazırlanması məqsədilə DİN-in 23 sentyabr 2019-cu il tarixli “Daxili İşlər Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsinə dair” tədbirlər planına müvafiq olaraq ləğv olunmuş kurs üzrə “Şəhər, rayon və nəqliyyatda polis orqanlarının rəhbər vəzifəli əməkdaşları üçün ixtisasartırma kursunun Tədris Planı” təsdiq edilmiş və noyabr ayının 1-dən bu cür kursların təşkilinə başlanılmışdır. Aparılmış dəyişikliklərə müvafiq olaraq DİN-in 12 dekabr 2019-cu il tarixli Ə1012-001-19 nömrəli “Təşkilati ştat məsələlərinə dair” əmrinə əsasən fakültənin ştat tərkibindən bir ştat vahidi ixtisar edilərək, say tərkibi 4 nəfər müəyyənləşdirilmişdir.
Fakültənin digər fəaliyyət istiqamətlərindən biri də DİN-in ayrı-ayrı xidmətlərində çalışan əməkdaşların professional biliklərinin yüksəldilməsi məqsədilə tədrisin təşkilinə yönəldilməsidir. Yarandığı gündən bu fakültədə DİN-in ayrı-ayrı idarələrinin, şöbələrinin rəis müavinləri, əməliyyat-axtarış xidməti üzrə əməkdaşlar, sahə rəisləri, DYPİ-nin əməkdaşları, ekspert-kriminalistlər və s. sahələrin əməkdaşları ilə ixtisasartırma kursları keçirilmişdir. Kursların keçirilməsi zamanı əməkdaşların bilavasitə ixtisasının yüksəldilməsinə yönəldilmiş mövzuların tədrisinə diqqət daha da artırılmış, tədris materiallarının müasirliyi və dinamikliyi təmin edilmişdir.
Əməkdaşların təkmilləşdirmə kursları bütün tədris ili ərzində təşkil olunur və müddətləri DİN-in müvafiq qərar və əmrlərinə əsasən tənzimlənir. Hər bir istiqamət üzrə təşkil olunacaq kursların mövzu-təqvim planları Daxili İşlər Nazirliyinin aidiyyəti Baş İdarələri ilə razılaşdırıldıqdan sonra tətbiqinə başlanılır.
Fakültədə tədrisə Akademiyanın tədrisdə və praktikada uzun illər təcrübəsi olan müəllimləri, həmçinin aidiyyəti baş idarə və idarələrinin rəhbər heyəti cəlb olunur.
Kurslarda dinləyicilərə Azərbaycan dilində sənədləşdirmə və kargüzarlıq fəaliyyəti, eyni zamanda konkret sahələr üzrə elmin və texnikanın son nailiyyətləri, qanunvericilikdə yeniliklər, normativ-hüquqi aktların tətbiqində olan problemlər barədə yenidən ətraflı məlumatlar verilməklə onların bu sahədə olan bilik və bacarıqları daha da təkmilləşdirilir, praktiki işdə səmərəli nəticələr vermiş qabaqcıl iş üsulları ümumiləşdirilərək öyrədilir. Cinayətkarlığa qarşı mübarizənin beynəlxalq təcrübəsindən və onun qanunvericilik bazasının təkmilləşdirilməsi vəziyyətindən ümumiləşdirilmiş məlumatlar verilir.
Daxili İşlər Nazirliyinin xətti ilə xarici dövlətlərdə təhsil almış əməkdaşlara milli qanunvericiliyin öyrənilməsi də fakültənin fəaliyyət dairəsinə aiddir. Belə ki, xarici dövlətlərdə təhsil alan əməkdaşlar III kursdan başlayaraq hər kursun sonunda iki həftəlik “Milli qanunvericiliyin öyrənilməsi” kursuna cəlb edilir. Təhsilini başa vurub respublikamıza qayıtdıqdan sonra isə hər iki ölkənin qanunvericiliyindəki fərqli cəhətləri və son dövrdə qanunvericiliyimizdə baş verən dəyişiklikləri öyrənmək üçün üç aylıq “Xüsusi hazırlıq” kursları təşkil olunur və kursu müvəffəqiyyətlə başa vurmuş əməkdaşlara müvafiq sertifikatlar verilir. Ancaq bu kursları başa vurduqdan sonra onlar xidməti fəaliyyətə başlayırlar.
Xüsusi təyinatlı ali təhsil müəssisələri arasında əməliyyat-axtarış fəaliyyəti ilə bağlı zəngin  kitabxana fondu və təcrübəli müəllimləri ilə seçilən Polis Akademiyasında Respublikanın digər hüquq-mühafizə orqanları ilə  bağlanmış ikitərəfli müqavilələr əsasında həmin qurumların əməkdaşları ilə də “Xüsusi hazırlıq” kurslarının keçirilməsi təşkil olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına və İqtisadiyyat Nazirliyinin vergi xidməti sahəsində çalışan əməkdaşlarına “Əməliyyat-axtarış fəaliyyəti” xətti üzrə “Xüsusi kurs”lar təşkil olunmuşdur.
Son yeddi ildə Akademiyada tədris illərinə müvafiq olaraq təşkil olunmuş kursların istiqamətləri və dinləyicilərin sayı barədə statistik rəqəmlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

 

S/S

 

Kursun adı

2013

2014

2015

2016

2017

2018

2019

2020

2021

Cəmi

1.

"DİO-da idarəetmənin təşkili” tədris kursu

-

 

-

-

-

26

-

21

 

-

 

-

47

2.

Şəhər, rayon və nəqliyyatda polis orqanlarının rəhbər vəzifəli əməkdaşlarının ixtisasartırma kursu.

 

 

-

 

 

-

 

 

-

 

 

-

 

 

-

 

 

-

58

20

26

104

3.

DİO-ya orta rəis heyəti vəzifəsinə yeni qəbul olunmuş gənc əməkdaşlar üçün “İlkin hazırlıq” kursu.

 

 

 

-

 

 

 

-

69

161

202

128

37

 

 

 

 

-

 

 

 

 

-

 

597

4.

Orta rəis heyəti vəzifələrinə irəli çəkilmiş əməkdaşların “Yenidən-hazırlanması” kursu

 

 

-

 

 

-

 

-

81

 

-

 

-

 

 

-

 

 

-

 

 

-

 

81

5.

Müsabiqə yolu ilə DİO-ya orta rəis heyəti vəzifəsinə yeni qəbul olunmuş gənc əməkdaşlar üçün “İlkin hazırlıq” kursu

111

62

61

 

 

 

 

-

 

 

 

 

-

 

 

 

 

-

30

 

 

 

 

 

 

-

 

 

 

 

 

-

 

264

6.

Mütəxəssis qismində DİO-ya orta rəis heyəti vəzifəsinə yeni qəbul olunmuş əməkdaşlar üçün “İlkin hazırlıq” kursu

17

44

 

 

 

-

 

 

 

-

 

 

 

-

 

 

 

-

 

 

 

 

-

 

 

 

 

-

 

 

 

 

-

61

7.

Xarici dövlətlərin xüsusi  təhsil müəssisələrinin məzunlarının “Xüsusi  hazırlıq”   kursu

16

20

9

11

12

7

11

17

 

 

 

-

105

8.

Azərbaycan Respublikası Fövqəladə  Hallar Nazirliyi əməkdaşlarının “Xüsusi hazırlıq” kursu

16

 

 

 

-

 

 

-

 

 

-

 

 

-

 

 

-

 

 

 

-

 

 

 

-

 

 

 

 

-

16

9.

Azərbaycan Respublikası Vergilər Nazirliyi əməkdaşlarının “Xüsusi hazırlıq” kursu

 

2

 

 

-

 

 

-

24

 

 

-

 

 

-

 

 

 

-

 

 

 

-

 

 

-

26

10.

Rusiya Federasiyası DİN-in Moskva Universitetinin kursantlarının “Milli Qanunvericiliyin öyrənilməsi” kursu

 

 

 

 

-

-

 

 

 

 

 

-

 

 

 

 

 

-

 

 

 

 

8

 

 

 

 

6

 

 

 

 

2

 

 

 

 

 

3

 

 

 

 

 

 

-

 

 

 

 

 

 

-

19

 

Cəmi:

162

126

139

285

246

137

160

37

26

1318

 

 

 

Geriyə | Çap versiyası