Kadrlar şöbəsi

Azərbaycan Respublikası Prezidentinin Bakı Xüsusi Orta Milis məktəbinin əsasında DİN-in Polis Akademiyası yaradılmasını nəzərdə tutan 23 may 1992-ci il tarixli 782 saylı fərmanından irəli gələn məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 nömrəli qərarına əsasən, Polis Akademiyasında 283 nəfər daimi ştat vahidi həcmində yer ayrılmışdır. Bu qərarla Polis Akademiyasında Kadrlar şöbəsi yaradılmış və onun tərkibi aşağıdakı kimi olmuşdur:

•    kadrlar şöbəsinin rəisi;
•    şöbə rəisinin müavini;
•    baş inspektor;
•    2 baş inspektor hesabına inspektor;
•    2 inspektor;
•    mədəni-kütləvi işlər üzrə inspektor, (eyni zamanda klub rəisi);
•    xalq çalğı alətləri ansanblının rəhbəri;
•    kinomexanik (mülki).
 


Ötən dövr ərzində Polis Akademiyasının fəaliyyətində, strukturunda və digər istiqamətlərində dəyişikliklər, yeniliklər və islahatlar aparıldığına görə Kadrlar şöbəsinin ştat vahidində də bir sıra dəyişikliklər olmuş, xidmətin yeniləşdirilməsi ilə əlaqədar Kadrlar şöbəsində olan şöbə rəisinin müavini, baş inspektor hesabına inspektorlar vəzifələri ixtisar edilmişdir. Sonralar isə, Mədəni-kütləvi işlər üzrə inspektor, klub rəisi, xalq çalğı alətləri ansamblının rəhbəri, kinomexanik (mülki) vəzifələri də günün tələblərinə cavab vermədiyi üçün ixtisar edilmişdir.
Hal-hazırda Kadrlar şöbəsi rəis, 2 baş inspektor, 2 inspektor və 1 operatordan ibarətdir.

Kadrlar şöbəsi aşağıdakı başlıca istiqamətlərdə fəaliyyət göstərir:
•   Akademiyanın şəxsi heyətinin komplektləşdirilməsi və kadrların uçotunun həyata keçirilməsi;
•    Kadrlar seçilərkən onların müvafiq surətdə sənədləşdirilməsini həyata keçirməklə, kadrların daha yüksək vəzifəyə seçilməsi üçün ehtiyat kadrların hazırlanması;
•    Akademiyanın nomenklatura üzrə əməkdaşlarının yerləşdirilməsi, təyin ediməsi, işə qəbulu, ilkin və növbəti rütbələrin verilməsi, rəis heyəti, fəhlə və qulluqçuların xaric edilməsi barədə materialların toplanması;
•    Attestasiya üzrə materialların hazırlanması və komissiya tərəfindən qəbul olunan qərarların vaxtında yerinə yetirilməsinə nəzarət;
•    Xidməti illərə görə faiz əlavələrinin hesablanması, aylıq maaşların müəyyən edilməsi üzrə komissiyaların, habelə müəllim heyətinə pedaqoji stajın müəyyənləşdirilməsi üzrə komissiyalarda təmsil olunmaq;
•   Akademiyanın daimi və dəyişkən heyəti arasında nizam-intizamın möhkəmləndirilməsi, təhlili, qanunvericiliyə riayət olunması işlərinin icrasında iştirak etmək;
•    Kadr işi ilə əlaqədar məsələlər üzrə ərizə və şikayətlərə baxılmasını təmin etmək;
•    Xidməti yoxlamalar keçirmək, xidməti araşdırmaların nəticəsinə əsasən rəy tərtib etmək;
•    Əmr layihələrini hazırlamaq.


Geriyə | Çap versiyası