«Növbətçi hissə»

Polis Akademiyasının Növbətçi Hissəsində hal-hazırda 3 məsul növbətçi və 4 növbətçi köməkçisi olmaqla 7 əməkdaş xidmət edir. Növbətçi hissənin fəaliyyətində DİN-in 02.01.2001-ci il tarixli 1 nömrəli və 06.06.2007-ci il tarixli 306 nömrəli əmrləri rəhbər tutulur.

Növbətçi hissənin rəisi Akademiya rəisinə tabedir. O, gündəlik xidmətin təşkili və aparılması sahəsində fəaliyyətini Akademiya rəisinin döyüş və xidməti hazırlıq üzrə müavininin rəhbərliyi altında həyata keçirir, növbətçi hissənin şəxsi heyətinin birbaşa rəisidir.
 

 
Növbətçi hissə Akademiya ərazisinin və tikililərinin etibarlı mühafizəsinə, daxili xidmət, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət edilməsinə, növbətçi hissədə olan bütün xidməti sənədlərin, əmlakın və avadanlığın, silah-sursatın, xüsusi, rabitə, mühafizə vasitələrinin və s. qorunmasına cavabdeh olmaqla, aşağıdakı vəzifələri icra edir:
- növbətçi hissənin fəaliyyətinə ümumi rəhbərlik edir, əməkdaşların üzərinə düşən vəzifə və funksiyaların yerinə yetirilməsinə nəzarət edir;
- növbətçi hissənin fəaliyyətinin planlaşdırılması və təhlilini təmin edir, əməkdaşların aylıq cədvəl üzrə gündəlik xidmətə təyin olunmasını tənzimləyir;
- növbətçi hissənin əməkdaşlarının xidmətə hazırlanmasını və təlimatlandırılmasını həyata keçirir, onların fəaliyyətinə daim nəzarət etməklə, xidmətin vəzifələrinin yerinə yetirilməsində əməli köməklik göstərir;
- növbətçi hissədə naryadın təhvil-təslimində iştirak edir, növbə ərzində daxil olmuş məlumatların və baş vermiş hadisələrin müvafiq qaydada qeydiyyata alınmasını, aidiyyəti üzrə Akademiyanın rəhbərliyinə məruzə edilməsini təmin edir, zəruri hallarda hadisələrlə bağlı ilkin araşdırmanın aparılmasını təşkil edir və ya şəxsən həyata keçirir;
-növbətçi hissənin fəaliyyətində qabaqcıl iş təcrübəsinin tətbiq olunmasına dair təkliflər verir, müsbət rəylər olduqda həyata keçirilməsini təmin edir;
- növbətçi hissəni lazımi sənədlər, ədəbiyyat, texniki, rabitə, mühafizə və digər vasitələrlə, müasir avadanlıqlar və qurğularla təchiz olunması, xidməti otaqların abadlaşdırılması və təmiri üçün lazımi tədbirlər həyata keçirir, ehtiyac duyulduqda rəhbərlik qarşısında vəsatətlər qaldırır;
 

 
- növbətçi hissədə saxlanılan silah-sursatın, əmlakın, vasitə və avadanlığın qorunmasına, təyinatı üzrə istifadəsinə, xidməti otaqlarda yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət olunmasına nəzarət edir;
- Akademiyada xidmət aparan bütün gündəlik naryadın fəaliyyətinə nəzarət edir, aşkar olunmuş qüsur və çatışmazlıqlar barədə rəhbərliyə məruzə edir, gündəlik xidmətin aparılmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- tabeliyində olan şəxsi heyətin qayğısına qalır, onların ehtiyaclarını ödəyir, xahişlərinin və təkliflərinin həlli böyük rəislərdən asılı olduqda bu barədə rəhbərliyə məlumat verir;
- Akademiyanın şəxsi heyətindən müəyyən olunmuş günün bölgüsünə, nizam-intizam, geyim forması, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət olunmasını tələb edir;
- Akademiyanın şəhərciyinə buraxılış rejiminin təşkilinə nəzarət edir, müvafiq icazə (buraxılış vərəqəsi) olmadan, yaxud NBM-dən kənar yollarla şəhərciyə daxil olma (tərk etmə) cəhdlərinin qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir, təqsirkar şəxslərin saxlanılmasını, ilkin araşdırmanın aparılmasını və rəhbərliyə məruzə olunmasını təmin edir;
- Akademiyanın rəhbərliyi olmadıqda, bütün şəxsi heyətə icrası zəruri və məcburi olan sərəncamlar verir, sonradan bu sərəncamlar barədə rəhbərliyə məruzə edir;
-DİN-in NHİX-dən verilmiş göstərişlərin vaxtında və tam yerinə yetirilməsini təşkil edir və bu işə nəzarət edir.
 

 
Polis Akademiyasında məsul növbətçisi də həmçinin, bilavasitə Akademiyanın rəisinə tabedir, gündəlik fəaliyyətini Akademiya rəsinin döyüş və xidməti hazırlıq üzrə müavininin rəhbərliyi altında həyata keçirir, bütün daxili naryadın fəaliyyətinə rəhbərlik edərək, gündəlik naryadın xidmətinin aparılmasına, şəhərciyin və növbətçi hissənin mühafizəsinin təşkilinə, daxili nizam-intizam, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət edilməsinə, nəqliyyat vasitələrinin buraxılış rejiminə, Akademiyanı tərk edən və ya daxil olan əməkdaşlar və kursantlar tərəfindən geyim forması qaydalarına əməl edilməsinə cavabdeh olmaqla, məsul növbətçinin səlahiyyətində olan vəzifələri icra edir.


Geriyə | Çap versiyası