Komendant xidməti

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Komendant xidməti inzibati binaların mühafizəsini və binaya buraxılış rejimini həyata keçirir. Hal-hazırda komendant xidmətində 1 taqım komandiri, 4 manqa komandiri və 22 polis nəfəri xidmət edir.



Komendant xidmətinin rəisi tabeliyində olan şəxsi heyətin bilavasitə rəisi olmaqla, əməkdaşların təlim-tərbiyə işinin vəziyyətinə, onlar tərəfindən xidmət, intizam, günün bölgüsü, geyim forması, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət edilməsinə, təhkim edilmiş bina və digər əmlakın saz və təmiz saxlanılmasına, düzgün və təyinatı üzrə istifadəsinə, habelə Akademiyaya giriş-çıxış qaydalarının təmin olunmasına nəzarət edir. Akademiya rəisinin döyüş və xidməti hazırlığı üzrə müavinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərərək o, bir sıra vəzifələri icra edir:

- komendant xidmətinin rüblük iş planlarını və hesabatlarını tərtib edir və görülən işlərin qeydiyyatını aparır;
- Akademiyaya giriş-çıxış qaydalarına riayət olunmasını təşkil edir, bu qaydalara əməl olunmasına nəzarət edir, aşkar olunmuş pozuntular barədə rəhbərliyə məruzə edir;
- Akademiya ərazisinin və obyektlərin mühafizəsinin gücləndirilməsi, bu məqsədlə texniki vasitələrin tətbiqi ilə bağlı rəhbərliyə təkliflər verir;
- tabeçiliyindəki şəxsi heyətin işgüzarlıq, şəxsi və mənəvi keyfiyyətini, ailə və məişət problemlərinin olub-olmamasını daim öyrənir, tabeliyində olanların xahiş və vəsatətlərinin həlli rəhbərlikdən asılı olduqda onları komanda üzrə rəhbərliyə təqdim edir;
- polis əməkdaşı adına layiq olmayan hallar və intizam pozuntuları aşkar edildikdə müvafiq ölçülərin götürülməsi məqsədilə konkret tədbirlər həyata keçirir, bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə edir, rəhbərliyin icazəsi ilə fakt üzrə ilkin araşdırma aparır, xidməti yoxlama aparan əməkdaşa lazımi köməklik göstərir;
- tabeçiliyindəki şəxsi heyət tərəfindən geyim forması, daxili xidmət, sıra, yanğın təhlükəsizliyi, günün nizam və digər qaydalara riayət olunmasına nəzarət edir;
- komendant xidmətinin şəxsi heyətinin xidməti, döyüş və fiziki hazırlığını təşkil edir, məşğələlər keçirir, qabaqcıl təcrübəni tətbiq edir, lazımi tədbirlər həyata keçirir;
-əməkdaşların xidmətə təyin olunmasının, onlara istirahət günlərinin və məzuniyyətin verilməsinin ardıcıllığına nəzarət edir;
- ayda bir dəfə Polis Akademiyasının Bayrağına baxışın keçirilməsi barədə əmr layihəsini hazırlayır, baxışın keçirilməsinin nəticəsinin həmin gün aktla rəhbərliyə məruzə olunmasını təmin edir;
- komenadant xidməti üçün ayrılmış xidməti otaqların, mebelin və avadanlıqların, xüsusi və rabitə vasitələrinin səliqəli və işlək vəziyyətdə saxlanılmasına, təyinatı üzrə istifadəsinə nəzarət edir;
- taqım və manqa komandirlərinin fəaliyyətinə rəhbərlik və nəzarət edir, onlara şəxsi heyətlə iş üsullarını öyrədir, komandir  vərdişlərini aşılayır.

Komendant taqımının komandiri Komendant xidmətinin rəisinə bilavasitə tabedir, taqımın şəxsi heyətinin fəaliyyətinə, təlim-tərbiyyəsinin, habelə silahın, ləvazimatın və texniki vasitələrin vəziyyətinə cavabdehdir.
Komendant xidmətinin polis nəfəri Komendant xidmətinin manqa komandirinə bilavasitə tabe olmaqla, ərazidə yanğın baş verməsinə gətirib çıxara bilən hərəkətlərin qarşısını almalı, eləcə də yanğın təhlükəsi yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görməlidir.
Akademiya şəhərciyində yaşıllıqların, abidələrin, stendlərin, reklamların, plakatların və s. korlanmasına yol verməməli, Akademiya ərazisində salınmış yaşıllıqların və digər yerlərin təmiz saxlanmasına diqqət yetirməli, şəhərcikdə kanalizasiya, su anbarı və qaz kəmərinə, yataqxanaların və tədris korpuslarının (xüsusi kitabxana, tibbi hissəsi, ərzaq anbarı, geyim anbarı, silah anbarı, yeməkxanalar və s.) ətraflarında işıqlandırmada nasazlıq aşkar olunduqda bu barədə məsul növbətçiyə məruzə etməlidir. Elektrik şəbəkəsində, hava kabellərində naqillər qırıldıqda və ya zədələndikdə, ərazidəki transformatorda qəza baş verdikdə məsul növbətçiyə məruzə etməli, texniki yardım gələnədək hadisə yerinə heç kimi buraxmamalı, NBM-dən kənar Akademiyaya daxil olmaq (tərk etmək) hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli, Akademiya ərazisinin və obyektlərinin mühafizəsinin gücləndirilməsi üçün komandirlərə təkliflər verməli, ailə-məişət, şəxsi və mənəvi keyfiyyətlərində problemin olması barədə komandirlərə dərhal məlumat verməlidir.
Komendant xidməti üçün ayrılmış xidməti otaqların, mebel və avadanlıqların, xüsusi rabitə vasitələrinin səliqəli işlək vəziyyətdə saxlanılmasını təmin etməli, Polis Akademiyası və komendant xidməti tərəfindən tədbirlərin keçirilməsində fəal iştirak etməli, Akademiyaya giriş-çıxış qaydalarına riayət olunmasına nəzarət etməli və aşkar olunmuş pozuntular barədə manqa komandirinə və məsul növbətçiyə məruzə etməli, geyim formasına (mövsümə uyğun), daxili xidmətə, sıra hazırlığına, yanğın təhlükəsizliyi, günün nizam və digər qaydalarına ciddi riayət etməlidir.

İnzibati binanın mühafizəsi, binaya buraxılış rejimi 1 manqa komandiri, 2 stansionar post və Akademiya daxilində 2 piyada marşrutu vasitəsilə həyata keçirilir.
Komendant xidmətinin manqa komandiri bilavasitə taqım komandirinə, gündəlik xidməti qəbul etdiyi andan təhvil verənədək məsul novbətçiyə tabe olmaqla, manqanın polis nəfərlərinin birbaşa rəisidir. O, sərəncamında olan polis nəfərlərinin xidmət aparmasının keyfiyyətinə, peşə, döyüş, fiziki hazırlığına cavabdehdir.
Stansionar postlarda daimi və dəyişkən heyətin girişi və çıxışı turniketə vəsiqəni qeydiyyatdan keçirməklə həyata keçirilir. İşə gəlmə və işdən getmə vaxtlarında stasionar postda xidmət aparan postaçılar turniketlərin işləməsinə, əməkdaşların günün nizam qaydalarına uyğun hərəkət etmələrinə köməklik göstərir.
Komendant xidmətinin əməkdaşları rəhbərliyin qəbul günlərində Polis Akademiyasına gələn vətəndaşlar barədə aidiyyəti üzrə məlumat verir, vətəndaşlarla ünsiyyətdə etik normalara riayət etməklə, onların müraciətinə həssaslıqla yanaşırlar.


Geriyə | Çap versiyası