elanlar

Daxili işlər orqanları əməkdaşlarının nəzərinə 2021/2022-ci tədris ili üçün DİN-in Polis Akademiyasına qiyabi təhsil üzrə dinləyicilərin qəbulu elanı

05.02.2021

DİN-in Polis Akademiyasında qiyabi təhsilə qəbulla bağlı müsabiqədə -  sıravi və kiçik, orta və böyük rəis heyəti vəzifələrində 1 ildən az olmayaraq nümunəvi xidmət edən, ilkin hazırlıq kursu keçmiş, şəxsi, mənəvi və fiziki keyfiyyətlərinə görə fərqlənən tam orta və ya ali təhsilli polis əməkdaşları fevral - aprel aylarında xidmət etdiyi orqana müraciət etməklə iştirak edə bilərlər.
Nəzərə alinmalıdır ki, daxili işlər orqanlarında müddətli müqavilə əsasında xidmət keçən əməkdaşların Akademiyada təhsillə bağlı müraciətlərinə müstəsna hallarda, müqavilə müddətinin uzadılması imkanları, eləcə də xidmətdə fərqlənmələri, yüksək nəticələr əldə etmələri nəzərə alınaraq, məsələyə Nazirliyin Baş Kadrlar İdarəsi ilə razılaşdırıldıqdan sonra baxılır. Digər əməkdaşların müraciətlərinə isə heç bir məhdudiyyət qoyulmadan baxılıb, tədris işləri dərhal və son olaraq may ayının 31-dək DİN-in Baş Kadrlar İdarəsinə göndəriləcəkdir.
Cari ilin ikinci rübündə nəzərdə tutulmuş DİN-in seçmə komissiyasından müvəffəqiyyətlə keçdikdən sonra sıravi və kiçik rəis heyətindən olan tam orta təhsilli əməkdaşlar III ixtisas qrupu üzrə nəzərdə tutulmuş fənlər üzrə imtahan verirlər. Ali təhsilli sıravi və rəis heyətindən olan əməkdaşlar isə müsahibədə iştirak edirlər.
Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının - (012) 454-12-78 və ya (012) 454- 60-19 nömrəli telefonları vasitəsilə ala bilərsiniz. 


Geriyə | Çap versiyası