elanlar

2024/2025-ci tədris ili üçün DİN-in Polis Akademiyasının bakalavriat səviyyəsinə qiyabi təhsil üzrə qəbul

15.01.2024

Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin «____» ___________________ 2024-cü il tarixli ____________________nömrəli  əmrinə əlavə 3.

 

 

Polis orqanının daxili elanlar guşəsində yerləşdirilməsi üçün

 

E L A N

 

 

Daxili işlər orqanları əməkdaşlarının nəzərinə


 




2024/2025-ci tədris ili üçün DİN-in Polis Akademiyasının bakalavriat səviyyəsinə qiyabi təhsil üzrə qəbul

 E L A N I
 

DİN-in Polis Akademiyasında qiyabi təhsilə qəbulla bağlı müsabiqədə -  sıravi, kiçik, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış polis əməkdaşları yanvar - iyun aylarında əsaslandırılmış raportla Azərbaycan Respublikası daxili işlər nazirinə müraciət etməklə iştirak edə bilərlər.
Raporta namizədin şəxsiyyət vəsiqəsinin, tam orta, yüksək texniki peşə, orta-ixtisas və ya ali təhsil haqqında sənədinin surəti əlavə edilir.

Müraciətlərə Baş Kadrlar İdarəsinin sənəd qəbulu komissiyasında baxılır və ilkin şərtlərə uyğun gələnlərin tədris işlərinin DİN-in Baş Kadrlar İdarəsinə göndərilməsi barədə əməkdaşın xidmət keçdiyi daxili işlər orqanına tapşırıq verilir. Orada onun raportu əsasında tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın təhsil haqqında sənədlərinin əsli (xarici ölkələrdə təhsil almış əməkdaşın təhsil sənədinin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində kvalifikasiya tanınmasına dair şəhadətnaməsi), xidməti xasiyyətnaməsi, kadrların uçotunun şəxsi vərəqəsi (anket), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə olunur və iyul ayının 15-dək DİN-in Baş Kadrlar İdarəsinə göndərilir.  
DİN-in Baş Kadrlar İdarəsi tərəfindən daxil olmuş tədris işləri öyrənilərək müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısı müəyyən edilir və Azərbaycan Respublikası daxili işlər naziri ilə razılaşdırılaraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edilir.

Əməkdaşlar Polis Akademiyasında keçirilən daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulmuş fiziki hazırlıq üzrə normativləri yerinə yetirdikdən sonra Akademiyaya qəbul üzrə müsabiqədə iştiraka buraxılırlar.
Akademiyaya qəbul üzrə müsabiqə informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə Polis Akademiyasında test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir. Tam orta (orta-ixtisas) təhsilli namizədlərlə qəbul imtahanı 100 sualdan ibarət olmaqla (Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə hər birindən 25 sual), təkrar ali təhsilə namizədlərlə test üsulu ilə qəbul imtahanı 100 sualdan ibarət olmaqla   (Azərbaycan dili - 10 sual, ədəbiyyat - 10 sual, tarix - 10 sual, coğrafiya - 10 sual, Konstitusiya hüququ - 40 sual, Polis haqqında Qanun - 10 sual, DİO-da xidmət keçmə haqqında Əsasnamə - 10 sual) üç saat müddətində fasilə verilmədən keçirilir.
Daha ətraflı məlumatı DİN-in Baş Kadrlar İdarəsinin - (012) 590-99-82, 19-82 (daxili), DİN-in Polis Akademiyasının 8880 qaynar xətti, (012) 454-12-78 nömrəli telefonları vasitəsi ilə və ya https://www.pa.edu.az/ internet saytından əldə edə bilərsiniz.


Geriyə | Çap versiyası