“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans. DİN-nin Polis Akademiyası 20.10.2017-ci il.
DİN-in Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və onların xüsusi təhsil müəssisələrinin, Rusiya Federasiyası, Gürcüstan, Belarus və Ukrayna Respublikalarının polis təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda aşağıdakı mövzular üzrə çıxışlar dinlənildi və müzakirələr aparıldı:
- Azərbaycan Respublikasında cinayətkarlığın regional kriminoloji tədqiqinin nəzəri və təcrübi problemləri.
- İqtisadi cinayətkarlığın istintaqı və sübutetmədə xüsusi biliklərin tətbiqi problemləri (regional aspekt).
- Nijniy Novqorod regionunda kriminogen vəziyyətin regional xüsusiyyətləri: empirik tədqiqatın təcrübəsi.
- Oğru birliyi və “qanuni oğrular” mütəşəkkil cinayətkarlığın xüsusi forması kimi və onların regional xüsusiyyətləri.
- Cinayətkarlığa qarşı mübarizə sahəsində vəkillik fəaliyyəti.
- Azərbaycan Respublikasında narkotiklərlə bağlı törədilən cinayətlərin regional tədqiqinin aktual məsələləri.
- Belarus Respublikası daxili işlər orqanları tərəfindən ailə zorakılığı ilə bağlı inzibati xətaların və cinayətlərin profilaktikasının təşkilati təminatının regional xüsusiyyətləri.
- Regional cinayətkarlığın cinayət-hüquqi xəbərdar edilməsinin bəzi aspektləri.
Polis Akademiyasının rəisi, polis general-mayoru, h.ü.f.d., dosent Nazim Əliyev konfransın açılışında iştirakçıları

Müasir dövrümüz ictimai münasibətlərin dinamik dəyişkənliyi ilə səciyyələnir. Təbii ki, bu proseslər cinayətkarlığın da inkişaf meyllərinə, kəmiyyət və keyfiyyət göstəricilərinə təsir göstərməkdədir. Bu səbəbdən cinayətkarlığın göstəriciləri, səbəbiyyat kompleksi regional baxımından da öyrənilməli və daha effektiv profilaktik təsir tədbirləri hazırlanmalıdır.
Konfrans cinayətkarlığa qarşı mübarizə sahəsində ölkədaxili və xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı maraqlı elmi mübadilə və diskussiyalarla yadda qaldı.