Azərbaycan Polis Akademiyasının yaradılması haqqında fərman

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Polis Akademiyasının yaradılması haqqında

Müstəqil Azərbaycan Respublikasının daxili işlər orqanlarının ali təhsilli milli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə qərara alıram:

N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin zəminində ali hüquq təhsili verən Azərbaycan Polis Akademiyası yaradılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə əlaqədar məsələləri həll etsin.

Bakı şəhəri, 23 may 1992-ci il.

№ 782
Geriyə | Çap versiyası