xəbərlər
Polis Akademiyasının əməkdaşları "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forum”unda iştirak ediblər
01.06.2024

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi forumda Polis Akademiyasını DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov və Mülki Hüquq kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Elmar Abdalov təmsil edib.
Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi təşkil edib.

Forum zamanı “Kibertəhlükəsizlik Platforması”, “Cybernetics” və s. şirkətlərin, eləcə də “İnformasiya Təhlükəsizliyi” ixtisası üzrə digər ali təhsil müəssisələrinin əməkdaşları ilə məlumat mübadiləsi aparılmış, əməkdaşlıq platformasının yaradılması istiqamətində bir sıra təkliflər müzakirə olunmuşdur.

