xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Voronej İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

30.05.2024

 30 may 2024-cü il tarixində Rusiya Federasiyası DİN-in Voronej İnstitutunda “MDB-də cinayətkarlıq: cinayətlərin qarşısının alınması və açılması problemləri” mövzusunda videogörüntü formatında keçirilən beynəlxalq elmi-praktik konfransda DİN-in Polis Akademiyasının DİO-da Əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi, polis mayoru Rüfət Həsənov iştirak edib.

Tədbiri giriş sözü ilə Rusiya Federasiyası DİN-in Voronej İnstitutunun rəisinin Beynəlxalq əməkdaşlıq üzrə köməkçisi, polis polkovnik-leytenantı A.L.Stefanskiy açaraq tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Konfrans çərçivəsində məruzəçilərin “Yetkinlik yaşına çatmayan şəxsin cinayət törətməsinə cəlb edilməsinin cinayət-hüquqi aspektləri”, “Şəbəkə hücumlarını həyata keçirərkən izlərin formalaşması prosesinin xüsusiyyətləri”, “Kimsəsiz uşaqlar arasında cinayətlərin qarşısının alınmasına yönəlmiş proqram və layihələrin səmərəliliyinin qiymətləndirilməsi”, “Yetkinlik yaşına çatmayan zərərçəkmişlərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsinin bəzi problemli aspektləri və digər mövzularda çıxışları dinlənilib.

Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.
Geriyə | Çap versiyası