xəbərlər
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərslər davam etdirilir
05.06.2024
23-31 may 2024-cü il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən İNTERPOL-un Milli Mərkəzi Bürosunun Ümumi Cinayətkarlığa qarşı mübarizə şöbəsinin baş inspektoru, polis baş leytenantı Samir Sultanov "Beynəlxalq polis təşkilatının (İNTERPOL) vəzifələri və işinin təşkili", Yasamal Rayon Məhkəməsinin hakimi Fariz Əlizadə “Birinci instansiya məhkəməsində icraat” və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının böyük məsləhətçisi Orxan Rzayev “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi” mövzuları üzrə mühazirələr oxuyublar.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara İNTERPOL-un yaranma tarixi, strukturu, fəaliyyətinin əsas istiqamətləri, nizamlayan Konvensiyalar, Beynəlxalq axtarış anlayışı və kateqoriyaları, birinci instansiya məhkəmələrində hazırlıq və baxış iclasları gedişatında cinayət-prosessual normaların tətbiqi sahəsində mövcud təcrübə, cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranması, təyinatı, təşkilinin və fəaliyyətinin əsasları və Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın növləri haqqında ətraflı məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.