xəbərlər

Polis Akademiyasında magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsi həyata keçirilib.

12.06.2024

 11-12 iyun 2024-cü il tarixlərində Polis Akademiyasında 2023/2024-cü tədris ilinin magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsi həyata keçirilmişdir.

Belə ki, 11-12 iyun 2024-cü il tarixlərində Polis Akademiyasında təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş ixtisaslaşdırılmış Elmi Şuranın iclası keçirilib. Elmi Şuranın iclasında Akademiyanın “Hüquqşünaslıq” ixtisasının 3 ixtisaslaşması üzrə təhsil alan 13 magistrantı magistrlik dissertasiyalarını təqdim ediblər.

İxtisaslaşdırılmış Elmi Şuranın tərkibində Akademiya rəhbərliyi, professor-müəllim heyəti ilə yanaşı, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi,  Bakı Dövlət Universiteti, Vəkillər Kollegiyası Akademiyasının nümayəndələri magistrlik dissertasiya işlərinin müafiəsində iştirak etmişlər.

Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparılmış, Şura üzvləri çıxış edərək öz sual, təklif və tövsiyələrini bildirmişlər. Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirilib, hər bir iş üzrə qiymətləndirmə aparılıb. Sonda qiymətləndirmənin nəticələrinə əsasən 13 magistranta “magistr” elmi-ixtisas dərəcəsi verilməsinə qərar verilib.
 
 
 
 

 
Geriyə | Çap versiyası