xəbərlər

DİN-in Polis Akademiyasında növbəti “Andiçmə” mərasimi keçirilmişdir.

12.06.2024

12 iyun 2024-cü il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun iştirakı ilə İxtisasartırma və təkmilləşdirmə fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan Akademiya rəisi dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik edib. C.Daanov dinləyicilərə müasir meyarlara cavab verən təhsil prosesi və peşəkar polis kadrlarının hazırlığı istiqamətində fəaliyyət göstərən Polis Akademiyasında “İlkin hazırlıq” kursunu keçərək  təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri bilikləri xidməti fəaliyyətlərində uğurla tətbiq etməyi arzulayıb və hər birinə daxili işlər orqanlarında vətənə və dövlətə şərəflə  xidmət etmələrini tövsiyə edib.

Məzunlar adından çıxış edən polis leytenantı Lumu İsrəfilli təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirib. Həmçinin Lumu İsrəfilli Polis Akademiyasında keçirilən “İlkin hazırlıq” kursu müddətində göstərdiyi nizam-intizama, eləcə də məqbul və imtahanda əldə etdiyi yüksək nailiyyətlərinə görə Akademiya rəisi tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Sonda “İlkin hazırlıq” kursunu müvəffəqiyyətlə bitirdikləri üçün bütün əməkdaşlara Sertifikatlar təqdim olunub.

 
 
 
 


Geriyə | Çap versiyası