xəbərlər
DİN-in Polis Akademiyasında “İnsan hüquqları aylığı” ilə bağlı dəyirmi masa keçirilib
13.06.2024

Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının, Ombudsman Aparatının, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları, DİN-in Polis Akademiyasının müəllim heyəti və kursantları iştirak ediblər.
İlk olaraq Ümumilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov tədbiri açıq elan edərək qonaqları salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçılarının “Azərbaycan Respublikasında Konstitusiya ədalət



