xəbərlər

DİN-in Polis Akademiyasında “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

14.06.2024

14 iyun 2024-cü il tarixində DİN-in Polis Akademiyasının böyük sıra meydanında “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə DİN-in Polis Akademiyasının İctimai elmlər kafedrasının dosenti, polis polkovnik-leytenantı, t.ü.f.d Rəşad Qasımov çıxış edərək şəxsi heyətə “Milli Qurtuluş Günü”nün mahiyyəti, ictimai, siyasi və tarixi əhəmiyyəti, eləcə də Ümummilli liderin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafındakı müstəsna rolu barədə ətraflı məlumat verib. R.Qasımov Ulu öndərin xalqın dəvəti ilə 1993-cü ildə Bakıya gəlməsini, həmin ilin iyun ayının 15-də Ali Sovetin sədri seçilməsini və həmin tarixdən Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir inkişaf mərhələsinin başlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Bundan başqa kursantlara yeməkxanada quraşdırılmış monitorda Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışından, şərəfli ömür yolundan və vətən qarşısında xidmətlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Geriyə | Çap versiyası