xəbərlər
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri davam etdirilir
21.06.2024

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Şabanov “Kompüter informasiyası sahəsində törədilən cinayətlərin araşdırma metodikası”, Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Ramin Əhədov “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin araşdırılma metodikası”, Milli Aviasiya Akademiyasının “Hüquq və İqtisadiyyat” fakültəsinin “Hüquq” kafedrasının müdiri, h.ü.f.d. Sahil Hüseynov “Yerli özünüidarəetmə sistemi”, Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin müdiri, h.ü.f.d, dosent Gülnaz Ələsgərova və həmin şöbənin hüquqi tədqiqatçısı Araz Abdullasoy “İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının əsasları” mövzuları üzrə mühazirələr oxuyublar.

Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.


