xəbərlər

Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam etdirilir

05.07.2024

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.

05 iyul 2024-cü il tarixində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonaqları “Fred English” Tədris Mərkəzinin nəzdində yay düşərgəsinin müxtəlif yaş qrupuna aid iştirakçıları olmuşlar. Akademiya ilə yaxından tanış olmaq uşaqlarda polis peşəsinə maraq doğurmuş və bu tanışlığın gələcəkdəki ixtisas seçimində onlara müsbət təsiri olacağını vurğulamışlar.

Qonaqlar tədris korpusları, idman meydançaları və zalları, elektron kitabxana, Polis Əməkdaşlarının İdman Nailiyyətləri guşəsi  və kriminalistik şəhərciklə tanış ediliblər. Uşaqlara kursantların maddi, sosial təminatları və akademiyada təhsilin imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib. Həmçinin, Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı da qonaqların nəzərinə çatdırılıb.
Sonda uşaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.

 
 
 
 

Geriyə | Çap versiyası