xəbərlər
Polis Akademiyasında Bakı Dövlət Universitetinin professorlarının iştirakı ilə mühazirə dərsləri keçirilib
06.07.2024
Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş elm adamları, hüquqşünaslar və təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən silsilə mühazirə dərsləri davam etdirilir.
03-06 iyul 2024-cü il tarixlərində Akademiyada müxtəlif fənlər üzrə keçirilən mühazirə dərslərində qonaq qismində iştirak edən Bakı Dövlət Universitetinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Şəhla Səmədova “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər”, Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova “İbtidai araşdırmanın ümumi şərtləri və təqsirləndirilən şəxs qismində cəlb etmə” və Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının professoru, hüquq elmləri doktoru Midhət Qəfərov “Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası” mövzusu üzrə mühazirə oxuyublar.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara korrupsiya cinayətləri ilə bağlı tövsiflə əlaqədar yaranan problemlər və onların həlli yolları, ibtidai araşdırmanın ümumi şərtləri və məqsədi, hökm və ya məhkəmənin digər yekun qərarının icrası mərhələsinin anlayışı, əhəmiyyəti və icraya yönəldilməsi qaydası, cəzaların icrası ilə bağlı müraciətlərə baxılması və həlli üzrə icraat, hökmün icrası prosesində ortaya çıxan prosessual məsələlərin həll edilməsi üçün məhkəmə icraatının xüsusiyyətləri və həddinə dair ətraflı məlumatlar verilib.
Keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.