xəbərlər

DİN-in Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının əməkdaşı tərəfindən “Terrorçuluğa qarşı mübarizənin hüquqi əsasları” mövzusunda analitik material və “Narkomaniyanın qarşısının alınması hüquqi əsasları” mövzusunda elmi-analitik icmal nəşr olunmuşdur

21.10.2019

 Müstəqil Dövlətlər Birliyinin iştiraçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının 2017-ci il tədbirlər planının 2 nömrəli əlavəsinin 16.3-cü və Polis Akademiyasının 2017-2018-ci ilin tədbirlər planının 2.1.3-cü bəndlərinin həyata keçirilməsi məqsədilə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, h.ü.f.d., polis polkovniki Şükürov Şahin Teyyub oğlu tərəfindən “Terrorçuluğa qarşı mübarizənin hüquqi əsasları” (rus dilində) mövzusunda analitik material hazırlanmışdır.
 “Terrorçuluğa qarşı mübarizənin hüquqi əsasları” (rus dilində) mövzusunda analitik materialın strukturu: girişdən, bu sahədə mövcud olan beynəlxalq hüquqi əsaslarından, MDB iştirakçı dövlətlərin terrorçuluğa qarşı mübarizədə məzmun baxımdan yaxın olan sahə və institutlara həsr olunan aktların müqayisəli-hüquqi təhlilindən və yekun hissədən ibarətdir.

Həmçinin Müstəqil Dövlətlər Birliyinin iştiraçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının 2018-ci il tədbirlər planının elmi tədqiqatlarının aparılması 2 nömrəli əlavəsinin 11-ci bəndinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Şükürov tərəfindən “Narkomaniyanın qarşısının alınmasının (mübarizə və xəbərdarlıq) hüquqi əsasları” (rus dilində) mövzusunda elmi-analitik icmal hazırlanmışdır.

“Narkomaniyanın qarşısının alınmasının (mübarizə və xəbərdarlıq) hüquqi əsasları”(rus dilində) mövzusunda Elmi-analitik icmalın strukturu: girişdən, bu sahədə mövcud olan beynəlxalq hüquqi əsaslarından, MDB iştirakçı dövlətlərin “Narkomaniyaya qarşı mübarizədə” məzmun baxımdan yaxın olan sahə və institutlara həsr olunan aktların müqayisəli-hüquqi təhlilindən, yekun hissədən, istifadə edilmiş ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir.

Geriyə | Çap versiyası