xəbərlər
Polis Akademiyasında “Tütünlə mübarizə aylığı” keçirilir
25.12.2019

Sonra söz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadəyə verildi. Səbinə xanım Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” və bununla bağlı respublikada aparılan işlər haqqında danışıb.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Tütün epidemiyası – prioritetlər və nailiyyətlər” və Azərbaycan Respublikası Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev “Tütünlə mübarizə sahəsində məqsədyönlü nəzarətin əhəmiyyəti” mövzularında geniş prezintasiya ilə çıxış etdilər. Prezintasiyada tütün məmulatlarından istifadənin insan orqanizminə vurduğu zərərlər və bunun nəticəsində ölümün statistikasında nəzərə çarpacaq dərəcədə dəyişikliyin əmələ gəlməsini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev “Tütün əleyhinə tədbirlərin həyata

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Tütünlə mübarizə: təbliğat və təşviqat tədbirləri” mövzusunda çıxış edərək bu sahədə İSİM tərəfindən respublikada görülmüş işlər barədə məlumat verib və Akademiyada hal-hazırda elan edilmiş “Tütünlə mübarizə aylığı” çərçivəsində aparılan tədbirlərin təqdirəlayiq olmasını qeyd etib.
Sonda Akademiya rəisi Nazim Əliyev tədbirə yekun vuraraq xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasının kursantlarının birgəyaşayış tərzini nəzərə alaraq zərərli vərdişlərə qarşı belə profilaktiki görüşlərin keçirilməsinin davamlı olmasını tövsiyə edib və qonaqlara minnətdarlığını bildirib.
Artıq Akademiyada “Tütünlə mübarizə aylığı” çərçivəsində xidmət ayrılmış, təbliğatın müsbət mənada nəticəsi çox çəkməyib. Belə ki, siqaret çəkməyi tərgidənlərin sayı 56 nəfərə (onlardan 1-ci kursda-13, 2-ci kursda-9, 3-cü kursda-16, 4-cü kursda-12, 5-ci kursda-6), eyni zamanda siqaret çəkməni tərgitməyə cəhd edənlərin sayı 87 nəfərə çatmışdır.
Tədbirlər davam etdirilir.