xəbərlər
Polis Akademiyasının nümayəndə heyəti Gömrük Akademiyasında “Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda keçirilmiş dəyirmi masada iştirak ediblər
27.12.2019
![](imagemanager/images/news/02_f066d52cef8107c8f117b4ba0135395c.jpg)
Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov tədbirin xüsusi təyinatlı ali təhsil
![](imagemanager/images/news/05_f7c0d623c0a90e148ef9d20e2c2939f0.jpg)
Dəyirmi masanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyini qeyd edən Akademiya rəisi tədbir iştirakçıları adından ölkə başçısını təbrik edib, ölkəmizin inkişafı və rifahı naminə yorulmaz fəaliyyətində daim uğurlar arzulayıb.
Akademiya rəisi Gömrük Akademiyasında aparılan tədqiqatların, kadr hazırlığı və gömrük xidməti əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində keçirilən təlimlərin bilavasitə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
![](imagemanager/images/news/03_6a5ea565168da4fb8585758fc8e2a09c.jpg)
Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının kafedra rəisi, polkovnik-leytenant Davud Rüstəmov "Zero-day təhlükələrinin aktuallığı", Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adjunktura və elm şöbəsinin dosenti Vüqar Məmmədzadə "Milli təhlükəsizlik: hibrid təhdidlər və onlara qarşı mübarizə üsulları", Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi İlkin Bayramov "Aviasərnişinlərin uçuş sənədlərinin müdafiə üsulları", Dövlət Gömrük Komitəsinin Akademiyasının Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı "Milli təhlükəsizlik: regional və qlobal baxış", Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə 4-cü kurs tələbəsi Azər Maqsudov "İqtisadi təhlükəsizlik və onun təmin olunmasında gömrük orqanlarının rolu" mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra Gömrük Akademiyasının Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov çıxış edərək dəyirmi masanın əhəmiyyətindən danışıb, xüsusi təyinatlı ali təhsil müəssisələri arasında bu platformada əlaqələrin qurulması və davamlılığının təmin edilməsinin vacibliyindən bəhs ediblər.
Tədbirdə Akademiyanın nümayəndə heyətində, həmçinin Akademiya rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov, rəisin tədris işləri üzrə köməkçisi, dos. Səməd Hümbətov, Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov, kursant Barat Sadıqov iştirak etmişlər.
Sonda iştirakçılar Gömrük Akademiyasında yaradılan infrastruktur, təlim və tədris prosesi ilə yaxından tanış olublar.