xəbərlər

Polis Akademiyasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirilib

27.12.2019

 DİN-in Polis Akademiyasında 20 dekabr 2019-cu il tarixində detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açıb. O, bugünkü görüşün əhəmiyyətindən danışaraq yazıçının kursantların arzusu ilə dəvət olunduğunu bildiribi. Detektiv yazıçı Elxan Elatlının əsərlərinə kursantların böyük marağı olduğunu qeyd edərək yazıçının cinayətləri necə açma üsullarını, hadisələrə müxtəlif aspektdən yanaşaraq bədii boyalarla təsvir etdiyini söyləyib.

Tədbirin gedişində yazıçının həyat yaradıcılığı haqqında məlumat verilərək “Dil hazırlığı” kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyevanın təşkilatçılığı ilə hazırlanmış I kurs kursantların ifasında şeir nümunələri söylənib, “Görünməyən izlər” və “Qan ləkəsi” əsərlərindən səhnəciklərə tamaşa edilib.
Detektiv yazıçı Elxan Elatlı akademiyaya gəlişindən məmnun olduğunu qeyd edərək öz yaradıcılığı barədə geniş məlumat verib və  kursantların suallarını cavablandırıb.
Tədbirin sonunda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev I kurs kursantı Nərmin İsgəndərovanın çəkdiyi “Elxan Elatlının personajları ilə görüşü” şəklini qonağa təqdim edib.
Tədbirdən sonra yazıçı Polis Akademiyasının tədris korpusu, kitabxana və maddi-texniki bazası ilə tanış olub.







 

Geriyə | Çap versiyası