xəbərlər

DİN-in Polis Akademiyasında «Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü» və «Yeni il» bayramı qeyd edildi

30.12.2019

27 dekabr 2019-cu ildə Polis Akademiyasında «Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü» və «Yeni il» bayramı münasibətilə tədbir keçirilmişdir.  
Bayram tədbirinə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivi, Azərbaycan Dillər Universitetinin bədii özfəaliyyət dərnəyi və Səhiyyə Nazirliyinin tabeçiliyində olan                              5 nömrəli uşaq evi dəvət olunmuşdur.  
Tədbir açıq elan olunduqdan sonra Polis Akademiyasının rəisi, polis-general mayoru Nazim Əliyev şəxsi heyəti və gələn qonaqları salamlayaraq bayram münasibətilə ürəkdən təbrik etmiş və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün yaranma tarixi barədə ətraflı məlumat vermişdir.

Tədbir zamanı Polis Akademiyasının və ADU-nun bədii özfəaliyyət kollektivi, Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı heyəti geniş konsert proqramı ilə çıxışlar etmiş, 156 nömrəli orta məktəbin şagirdləri və 5 nömrəli uşaq evinin sakinləri isə şeirlər söyləmişlər.
 Sonda tədbir iştirakçılarına bayram hədiyyələri təqdim edilmişdir.

  
Geriyə | Çap versiyası