xəbərlər

Polis Akademiyasında daha bir yarış keçirildi

22.01.2020

 DİN-in Polis Akademiyasının dəyişən heyətinin atıcılıq qabiliyyətinin gücləndirilməsi ilə əlaqədar 16 yanvar 2020-ci il tarixində əyani təhsil  üzrə  III kursun  kursantları ilə döyüş  hazırlığı səviyyəsinin yüksəldilməsi, ekstremal vəziyyətlərdə silahın tətbiqi və istifadəsində sabit vərdişlərə yiyələnməsi və peşə sayıqlığının formalaşması məqsədilə “Ən yaxşı  atıcı” adı uğrunda yarış  keçirilmişdir.

Keçirilən yarışda Hərbi kafedranın baş müəllimləri,  polis polkovnik-leytenantları Elşən Hacıyev və Elxan Quliyev, kafedranın müəllimi, polis mayoru Hikmət Şahhüseynov, kafedranın  Tədris-metodiki kabinetinin rəisi, polis mayoru Aslan Rəhimov və kafedranın kiçik inspektor təlimatçısı, polis baş serjantı  Natiq Məmmədov güllə atıcılığı üzrə yarışın keçirilməsini təşkil etmişlər.   
Tədbirin açılışını elan edən Hərbi kafedranın rəisi, dos. Hacı Aslanov ilk olaraq yarışın mahiyyətini açıqlamış, həmçinin atəş hazırlığının polis əməkdaşı üçün əhəmiyyətindən bəhs edərək, kursantlara bununla bağlı gələcək fəaliyyətlərində tabel silahı ilə  davranış və təhlükəsizlik qaydalarına riayət edilməsi üzrə öz tövsiyələrini bildirmişdir.

Əyani təhsil üzrə III kursun taqımları arasında təşkil olunan yarışın nəticələrinə  görə I yerə III kursun 3-cü taqımının komandası ümumilikdə  132 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Şəxsi birincilikdə isə III kursun 3-cü taqımının kursantı, Ələsgər Burcalıyev  yüksək nəticələr əldə edərək birinci yeri tutmuşdur. Tədbirin yekununda qalib komandaya keçici kubok  təqdim edilmişdir.

                                                                                            



Geriyə | Çap versiyası