xəbərlər
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi: tarixi inkişaf və müasir vəziyyət” mövzusunda elmi-praktiki konfrans keçirilib
24.01.2020
26 dekabr 2019-cu il tarixdə Polis Akademiyasının Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi: tarixi inkişaf və müasir vəziyyət” mövzusunda Respublika Ali təhsil müəssisələrinin tələbə elmi təşkilatlarının elmi-praktiki konfransı keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Texniki Universitetinin, “Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Bakı Mühəndislər Universitetinin, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Elmi Cəmiyyətlərinin sədrləri, “Avropa Tələbələr Forumu-Bakı” ictimai birliyinin prezidenti və üzvləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyinin tarixindən, onun əhəmiyyətindən bəhs etdi. Daha sonra Kursant Elmi Cəmiyyətinin video təqdimatı nümayiş olundu.
Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin sədri, Biznes və Menecment fakültəsinin 3-cü kurs tələbəsi Amal Veysəlov “Dünya Azərbaycanlılarının həmrəyliyi: keçmişi və bu günü”, Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq fakültəsi”nin 3-cü kurs tələbəsi Yavərli Ayxan “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün banisi Heydər Əliyevdir”, Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Şahverən Babayev "Azərbaycan multikulturalizm modeli və milli özünü dərk”, Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Gülçin Allahverdiyeva “Azərbaycan dünyaya günəş kimi doğacaq”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Əhmədli Rza “Dünya Azərbaycanlıların həmrəyliyində ulu öndər Heydər Əliyevin rolu”, “Avropa Tələbələr Forumu” Azərbaycan nümayəndəliyinin prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 4-cü kurs kursantı Həsən Həsənzadə “Avropadakı Azərbaycan gənclərinin həmrəyliyi və inteqrasiyasında Azərbaycan diasporunun və Gənclər təşkilatlarının rolu”, Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq fakültəsi”nin 2-ci kurs tələbəsi Səidə İmanova “Dünya Azərbaycanlılarının Həmrəylik gününün diasporlarımızın formalaşması və Azərbaycanın beynəlxalq aləmdə tanınmasında yeri və rolu”, Polis Akademiyasının 4-cü kurs kursantı, Kursant Elmi Cəmiyyətinin sədri Barat Sadıqov “Heydər Əliyev və gənclik” mövzularında çıxış ediblər.
Tədbirin sonunda Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, iqtisad elmləri doktoru, professor Cəmilə Namazova, Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Müşviq Həsənov, “Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədri, h.ü.f.d., dosent Natiq İsmayılov çıxış edərək keçirilən elmi-praktiki konfransın əhəmiyyətini vurğulayaraq təşkilat komitəsinə dərin təşəkkür və minnətdarlığını bildirdilər. Elmi-praktiki konfrans Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş video çarxın nümayişi ilə başa çatdı.