xəbərlər

Polis Akademiyasının kursantları Nizami Kino Mərkəzində sənədli filmin təqdimatında olublar

06.02.2020

 02 fevral   2020-ci il tarixində  Polis Akademiyasının kursantları Nizami Kino Mərkəzində ”Çalıquşu ” sənədli filminin təqdimatında iştirak ediblər. Film Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "EL-1" idman təşkilatı və Gənclərin Əməkdaşlıq Liqası (GƏL) tərəfindən istehsal olunub.

Filmdə aldadılaraq xarici ölkəyə aparılmış gənc qızın acınacaqlı iztirablardan qurtarmaq məqsədilə son durumda Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, birinci xanım Mehriban xanım Əliyevaya müraciəti və çox çəkmədən müraciət əsasında ona olunan dəstəkdən bəhs edilir.
 Film kursantlar tərəfindən maraqla qarşılanmışdır.
Geriyə | Çap versiyası