xəbərlər

Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsinin aktual problemləri” mövzusunda Respublika Ali təhsil müəssisələrinin təhsilalanlarının konfransı keçirilib

04.06.2021

2021-ci ilin iyunun 4-də DİN-in Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsinin aktual problemləri” mövzusunda Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə onlayn formatda Respublika Ali təhsil müəssisələrinin təhsilalanlarının konfransı keçirilib.
Konfransda DİN-in Polis Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının  professor-müəllim heyətinin nümayəndələri və təhsilalanları iştirak ediblər.
Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov konfransda çıxış edərək bildirib ki, Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Eyni zamanda döyüş meydanında şücaətli Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi tarixi qələbə ölkəmizin İkinci Qarabağ müharibəsindəki  hərbi-diplomatik qələbəsini şərtləndirdi.

C.Daanov Polis Akademiyasının 100 illik tarixi inkişaf yolu barədə məlumat verərək,akademiyada müxtəlif formatlarda və mövzularda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Akademiya rəisi təhsilalanların elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayaraq konfransın əhəmiyyətini qeyd edib və  konfransın işinə uğurlar arzulayıb.
Konfransın işini davam etdirən moderator - Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dos. Hikmət Eyvazov konfransın proqramını elan edib.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Polis Akademiyasının professor-müəllim heyəti, magistrantları, kursant və tələbələri çıxış edərək Azərbaycan Respublikasında bazar iqtisadiyyatının formalaşdırılması, mülkiyyət münasibətlərinin transformasiyası, yeni sosial-iqtisadi formasiyaya keçid, iqtisadiyyatın dövlət tənzimlənməsi metodlarının köklü şəkildə dəyişdirilməsinin ölkəmizdə sahibkarlığın formalaşmasına zəmin yaratdığını və bu mövzunun aktuallığını qeyd ediblər.
Maraqla qarşılanan məruzələr konfrans iştirakçılarının geniş müzakirəsinə səbəb olub.






Geriyə | Çap versiyası