xəbərlər
Polis Akademiyasının kursantları ilə Vətən Müharibəsi Qəhrəmanının görüşü keçirilmişdir
16.10.2021
Tədbirdə Akademiyanın şəxsi heyəti tərəfindən Ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmiş, daha sonra Polis Akademiyası rəisinin müavini, polis polkovniki İlyas İsayev tədbiri açıq elan edərək II Qarabağ Müharibəsi ilə bağlı şəxsi heyət qarşısında çıxış etmişdir.
Daha sonra Vətən müharibəsi qazisi Zəfər Yusibov müzəffər ordumuzun Böyük Vətən Müharibəsində göstərdiyi şücaət və rəşadətini əks etdirən tarixi anları kursantlarla bölüşmüşdür.
Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibov çıxışında kursantlara Vətən müharibəsi dövründə xalqın Ali Baş Komandanın
Qonaq torpaqlarımızın azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, güc və qüvvət dilədiyini, Azərbaycan Respublikasının üşrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə dalğalanmasından qürur və fəxarət hissi keçirtdiyini qeyd etmişdir.
Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.