xəbərlər
Polis Akademiyasında “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” qeyd olundu
18.10.2021

Tədbirdə «İctimai elmlər» kafedrasının rəisi, polis polkovnik-leytenantı, t.ü.f.d. Rəhim Məcnunov kursantlar qarşısında çıxış edərək 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasından, onun əhəmiyyətindən və gənc nəslə çatdırılmasının zərurətindən bəhs etmişdir. Həmçinin, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edildiyi və məzh bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi qeyd edilmişdir.
Tədbirdə bildirildi ki, hər bir Azərbaycan gənci, eləcə də polis əməkdaşları, həmçinin Akademiyada təhsil alan kursantlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin gələcək inkişafına öz töhfəsini verməli, bu yolda əllərindən gələni əsirgəməməli, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.
Eyni zamanda bayram günü ilə əlaqədar Akademiyanın kitabxanasına, kursların yataqxanalarına stendlər vurulmuş və divar qəzetlərində məlumatlar dərc edilmiş, Tədris-metodiki şöbənin əməkdaşları, kafedra müəllimləri və kurs rəhbərlikləri tərəfindən I-V kurs kursantlarına dərs zamanı tariximizin ən mühüm günlərindən biri olan “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” haqqında geniş və ətraflı məlumatların çatdırılması təşkil edilmişdir.