xəbərlər
Polis Akademiyasının əməkdaşı Azərbaycan Dillər Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib
29.10.2021

ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söhbət açıb. O, 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyini ətraflı təhlil edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, hərb meydanında verdiyi müdrik və cəsarətli qərarları, diplomatiyadakı uzaqgörənliyi və siyasi qətiyyəti, informasiya sahəsindəki geniş erudisiyası sayəsində, eləcə də ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusunun və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının hünəri, rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib.
Akademik Kamal Abdulla qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşib öz haqq savaşını ləyaqətlə, cəsarətlə və böyük inamla aparmağı bacardı. Vətən müharibəsində Azərbaycan xalqı ona aid olanı özünə qaytardı: “Biz qalib, məğrur xalqıq. İnanıram ki, qalib xalq olmaq mədəniyyətini və məsuliyyətini ləyaqətlə yaşayacağıq. Bu Zəfər Azərbaycan xalqının şanlı, tarixi zəfəridir. Qələbə Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan ordusunun qüdrəti ilə qazanılıb”.

Tədbirə qonaq qismində dəvət olunan xalq yazıçısı Çingiz Abdullayev,İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Pakistan Müasir Dillər Universitetinin dekanı Lodhi Sofia və başqaları konfransın əhəmiyyətindən danışıb, erməni vandallarının Qarabağda törətdikləri vəhşiliklər haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Qarabağda böyük quruculuq işləri görülür və doğma yurdlarından uzaq düşən insanlar tezliklə dədə-baba torpaqlarına dönəcəklər.
Konfransın bölmə iclaslarında Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektoru-korrektoru, polis leytenantı Aynur Səfərli “Qələbə Zəfərini xalq-iqtidar-ordu birliyinə borcluyuq” mövzusunda çıxış edib. İştirakçıya sertifikat təqdim edilib.
Konfrans öz işini bölmələrdə məruzə və müzakirələrlə başa vurub.