xəbərlər
Polis Akademiyasının komandası şahmat üzrə beynəlxalq onlayn yarışda iştirak etmişdir
02.12.2021


Polis Akademiyasının komandasının üzvləri - I kurs kursantları İsmayılov Arzu, Əhədzadə Hacıəli, Əliyev Əli, III kurs kursantı Məhərəmmli Əli və V kurs kursantı Mehdiyev Rəşad “Fiziki hazırlıq” kafedrasının baş müəllimi polis polkovnik-leytenantı İham Hüseynovun rəhbərliyi ilə adıçəkilən yarışda iştirak etmişlər.
Akademiyanın yığma komandası şahmat üzrə onlayn formatda keçirilən beynəlxaq yarışda I yerə, şəxsi birincilikdə isə V kurs kursantı Mehdiyev Rəşad II yerə layiq görülmüşdür.
Kursantlar Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.