xəbərlər
Polis Akademiyasının əməkdaşı ADA Universitetində III Cenevrə Konvensiyasının yenilənmiş Kommentariyasının nəşri və təqdimatı ilə bağlı keçirilən tədbirdə iştirak etmişdir
03.12.2021


Tədbirə sədrlik edən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Arian Bauer və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev tədbir iştirakçılarını salamlayıb tədbirin mahiyyətinin aktuallığı barədə məlumat vermişdir.
Daha sonra BQXK-nın Kommentarilərin yeniləşməsi şöbəsinin rəhbəri Jan-Mari Henkaerts “Konvensiyanın təməlini təşkil edən məsələlər haqqında”, Milli Məclisin üzvü Nizami Səfərov “Yenilənmiş Kommentarilər-Azərbaycanda hüquq sahəsindəki ekspertlər üçün bir alət”, Milli məlumat büroları üzrə menecer Karen Loehner “III Cenevrə Konvensiyasının implementasiyası: Milli məlumat bürolarına dair nümunə”, BQXK-nın Rusiya Federasiyası, Belarus və Moldova üzrə regional nümayəndəliyinin hüquq məsələləri üzrə koordinatoru Andrey Kozik “Cenevrə Konvensiyalarının implementasiyası: Milli BHH Komissiyalarına dair nümunə” adlı mövzularla məruzə etmişlər.
Tədbir məruzələr ətrafında müzakirələrlə sona çatmışdır.